image-2000x150px
image-123
image-ads_atlas
image-40b05e71-a40d-4b4e-ad6b-87d4c43caaccbackend

ASAN könüllüləri “Könüllərin sədası” konsert proqramını reallaşdırıblar

image-728x90px

ASAN könüllüləri “Könüllərin sədası” konsert proqramını reallaşdırıblar ASAN könüllülərinin 10 illiyi çərçivəsində “Könüllərin sədası” adlı konsert proqramı təşkil olunub. Tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının və Azərbaycan Milli Konservatoriyasının birgə əməkdaşlığı ilə gerçəkləşib. Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi iştirak ediblər. Öncə milli orkestr və xorda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konsert proqramı milli musiqimizi təbliğ etmək, gənclərin yaradıcılıq axtarışlarını, nailiyyətlərini dəstəkləmək, peşəkarlarla bir səhnəni bölüşərək bacarıqlarını inkişaf etdirmələrinə şərait yaratmaq məqsədi ilə həyata keçirilib. Proqram mədəniyyətin müxtəlif sahələri üzrə peşəkarların və istedadlı ASAN könüllülərinin iştirakı ilə baş tutub. Tədbir müddətində xalqımızın yaradıcılıq istedadını əks etdirən musiqi nümunələri, muğam və xalq mahnıları, könüllülərin və sənətkarların birlikdə ifaları nümayiş olunub.image-0deaa3fc-01ba-46ac-9f02-e386a0e41d32-1 image-1fa94a66-62fc-4712-acaa-4d8a4b7be918 image-4a962239-c0a8-4d1b-9da7-256a631c3655 image-8c43286d-a967-4ede-ab27-06def7e1cd76 image-9b1e70e3-ba97-4056-a562-f5e8d441831d-1 image-40b05e71-a40d-4b4e-ad6b-87d4c43caacc-1 image-317cbd0c-4620-49f6-bce8-430f395fb5b1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki