Bu ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 23 aptekdə yoxlama aparılıb.
Doğru.az xəbər verir ki, yoxlamalardan 12-si paytaxt Bakıda, 11-i isə digər şəhər və rayonlarda keçirilib. Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.
Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar müəyyən olunub. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.
DOĞRU.AZ