image-n1karobka_ads
image-123
image-iryo-descarrilamiento-alvia-adamuzbackend

Avropada dəhşətli qəza – VİDEO

image-add-a-heading

İspaniyanın Kordova əyalətində iki sürətli qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 21 nəfərə yüksəlib.

Doğru.az xəbər verir ki, EFE agentliyinin məlumatına görə, Madrid istiqamətində hərəkət edən qatarda təxminən 317 sərnişin olub. Qəza törədən ikinci qatarda neçə nəfərin olduğu isə hələlik açıqlanmayıb.

Libertad Digital-in məlumatına əsasən, xəsarət alanlardan beş nəfərin vəziyyəti ağırdır. Ümumilikdə 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasetmə və axtarış əməliyyatları davam etdirilir. Qəzanın səbəbləri araşdırılır, rəsmi qurumlar tərəfindən əlavə məlumatın veriləcəyi gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki