image-n1karobka_ads
image-123
image-20230118_gaf_u55_454-pic_32ratio_900x600-900x600-10714backend

Avropada silah istehsalının artırılmasına qərar verildi

Avropa Parlamenti Brüsseldə keçirilən plenar iclasda Avropa İttifaqında döyüş sursatı və raket istehsalının artırılması və sürətləndirilməsinə dair qanun layihəsini dəstəkləyib.

Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, qanun Ukraynaya döyüş sursatı və raketlərin tədarükünü sürətləndirmək, həmçinin Aİ-yə üzv ölkələrin müdafiə arsenallarının artırılmasını dəstəkləmək məqsədi daşıyır. Açıqlamaya görə, bu, Aİ-nin 500 milyon avroluq maliyyələşdirməsi ilə Aİ-nin istehsal gücündə “yerdən-yerə döyüş sursatı, artilleriya mərmiləri, raketlər və onların komponentləri daxil olmaqla hərbi məhsulların çatışmazlığını həll etmək üçün” Aİ istehsal gücünün artırılmasıdır.

Nəşr qeyd edir ki, 2023-cü ilin iyulunda bu proseslə bağlı yekun səsvermə olacaq.

Mənbə: BBC

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki