image-2000x150px
image-123
image-ads_atlas
image-rian_6253626-hr-pic_32ratio_1200x800-1200x800-83202backend

Avropanın smartfon lideri lider dəyişir

image-728x90px

2023-cü ilin dördüncü rübündə “Apple” 21 ayda ilk dəfə Avropada smartfon tədarükünün həcminə görə “Samsung”u geridə qoyub. Canalys bazar araşdırması şirkətinin məlumatına görə, Avropanın ümumi smartfon bazarı 3% azalıb.

Canalys-in son araşdırmasına görə, Avropada (Rusiya istisna olmaqla) smartfon tədarükü 2023-cü ilin dördüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 37,8 milyon ədədə qədər azalıb. “Apple” şirkəti tədarük həcmini 1% artıraraq 12,4 milyon ədədə çatdıraraq bazara liderlik edib. Qeyd olunur ki, “Apple” “iPhone 15” xəttinə yüksək tələbat sayəsində birinci yeri tuta bilib.

“Samsung” 10,8 milyon smartfonla (12 faiz azalaraq) ikinci yeri tutub. İlk üçlüyü smartfon tədarükü 6 milyon ədəd təşkil edən Xiaomi şirkəti qapayır ki, bu da 2022-ci illə müqayisədə 10% azdır.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki