image-2000x150px
image-123
image-ads_atlas
image-6fbf0e39-7f71-3450-89ee-beaaa58d7e54_850backend

Azərbaycan Özbəkistan şirkəti ilə maşınqayırma sahəsində əməkdaşlığı müzakirə edib

image-728x90px

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və “General Motors International” şirkətinin vitse prezidenti Coni Saldana ilə görüşüb.

Bu barədə  İqtisadiyyat Nazirliyindən bildirilib.

Görüşdə iqtisadiyyat nazirinin müavini Azərbaycan-Özbəkistan tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi barədə məlumat verib. Qeyd edilib ki, ölkələr arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var.

Özbəkistan şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən biznes layihələrində fəal iştiraka dəvət olunub.

“Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ölkəsində Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verildiyini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər maşınqayırma sahəsində əməkdaşlığın inkişafı, o cümlədən digər ölkələrin bazarlarına birgə ixracın genişləndirilməsi barədə müzakirə aparıblar.

Qeyd edək ki, “Uzavtosanoat” SC şirkəti minik və yük avtomobillərinin, avtobusların və avtomobil komponentlərinin istehsalı və satışı sahəsində fəaliyyət göstərir. Şirkətin əsas istehsal çeşidinə “Chevrolet”, “Ravon” brendinə məxsus minik avtomobilləri və “ISUZU” markalı avtobuslar daxildir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki