image-2000x150px
image-123
image-ads_atlas
image-8c2c231c-189f-4fa6-8678-aefd91cb0773backend

Azərbaycan Respublikasının QHTDDA-də Azərbaycanda səfərdə olan (VKP) Xarici əlaqələr komissiyası sədrinin müavini xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

image-728x90px

Keçirilən görüşdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin əməkdaşları, xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Qonaqları salamlayan Agentliyin Müşahidə Şurasının sədr müavini cənab Vüsal Quliyev qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlıq olub. Vyetnam hər zaman BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hər zaman dəstək verib. O daha sonra iki ölkə vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulması vacibliyini qeyd edərək gələcəkdə bu istiqamətdə qarşılıqlı layihələrin icra olunmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən xanım Nguyen Thi Hoang Van Azərbaycan-Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin son illər ərzində bütün spektr üzrə inkişaf etdiyini vurğulayaraq, siyasi, ticarət və iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətində uğurların əldə olunduğunu vurğulayıb. Bu səbəbdən iki ölkənin QHT-ləri arasında əlaqələrin inkişaf etdirilməsi vacibliyini dəstəklədiyini vurğulayıb.
Sonra çıxış edən Agentliyin İcraçı direktoru Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva bildirib ki, Agentliyin yaradılması fəlsəfəsində ölkənin vətəndaş cəmiyyəti insititutlarının inkişafı və onların Azərbaycanda rahat və şəffaf fəaliyyətinin qurulmasını təmin etmək durur. Bu istiqamətdə Agentlik təkcə daxili deyil, beynəlxalq istiqamətdə də təcrübələrdən istifadə etməyi əsas hədəf götürüb.
Görüşün yekunu olaraq Agentliyin adından nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim edilib.

image-458f5af9-d4ac-4ad4-b8c9-74b748add239 image-8642a49f-678a-4aa8-86b2-3e1cffb2cbc5

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki