image-2000x150px
image-123
image-ads_atlas
image-imagesbackend

Azərbaycan səfiri Türkiyə xalqına başsağlığı verib – FOTO

image-728x90px

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkənin bir neçə hərbçisinin İraqın şimalında terrorçularla atışma zamanı şəhid olması ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib.

Doğru.az xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

R.Məmmədov qeyd edib ki, “Pence-Kilit” əməliyya tı bölgəsində terrorçularla atışmada Türkiyə əsgərlərinin şəhid olmasını, daha bir neçə əsgərin isə yaralanması xəbərini dərin hüznlə qarşılayıb.

Səfir Türkiyə xalqının dərdini bölüşdüyünü vurğulayıb, şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, terrorçuların hücumu zamanı altı əsgər şəhid olub, ikisi ağır olmaqla yeddi hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya göndərilib. Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki