image-ads_n1karobka_mobile
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub.backend

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub.

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

Doğru.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən əldə olunan məlumata görə, Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib.

Mevlüt Çavuşoğlu gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov öz növbəsində həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.
Hər iki Nazir dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki