image-2000x150px
image-123
image-ads_atlas
image-millimeclisbackend

Azərbaycanda çoxuşaqlı anlayışının beş uşaqdan üç uşağa endirilməsi təklif olunur

image-728x90px

Təklif edirəm ki, “Əmək pensiyaları haqqında” qanunda 8-ci və “Sosial müavinətlər haqqında” qanunda 4-cü maddələrə yenidən baxılsın.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat çoxuşaqlı ailə məsələsinə də baxılmasını təklif edib:

“Çoxuşaqlı anlayışı beş uşaqdan üç uşağa endirilsin. Diferensial yanaşma bu sahədə çox vacibdir”.

Komitə sədri Musa Quliyev də bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır:

“Biz bu təklifi dəstəkləyirik. Çoxuşaqlı anlayışı beş uşaqdan üç uşağa endirilməlidir. Eyni zamanda onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq”.

Musa Quliyev qeyd edib ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur:

“Onlar da bu məsələdə müsbət fikirdədirlər”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki