image-2000x150px
image-123
image-ads_atlas
image-16951073813946959104_1200x630backend

“Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI regional konfrans keçiriləcək

image-728x90px

Oktyabrın 7-də Masallı rayonunda akademik Zərifə Əliyevanın 100 illiyinə və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 15 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI regional konfransı keçiriləcək.

Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, professor Elmar Qasımovun rəhbərliyi ilə keçiriləcək konfransda oftalmologiya sahəsindəki aktual məsələlər müzakirə ediləcək. Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti təqdimatlarla çıxış edəcək.

Konfransda “Katarakta cərrahiyyəsində fəsadlı hallar”, “Vaxtından əvvəl doğulmuşlarda katarakta və qlaukoma”, “Atipik retrobulbar iltihablara dair (klinik hal)”, “Kataraktanın ekstraksiyası əməliyyatından sonra qalıq refraksiyasının Eksimer lazer korreksiyası”, “Uşaq və yeniyetmələrdə refraksiya qüsurları zamanı optikoreflektor məşqlərin effektivliyi”, “Uveitlərin diaqnostikası və müalicəsində multidissiplinar yanaşmanın əhəmiyyəti”, “Quru göz sindromunun müalicəsinə müasir yanaşmalar”, “Quru göz xəstəliyinin etiologiya və müalicəsinin bəzi xüsusiyyətləri”, “Şəki-Zaqatala bölgəsində diabetik retinopatiyanın müalicəsinə dair” və s. kimi mövzular məruzə ediləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki