image-2000x150px
image-123
image-ads_atlas
image-c8cd7bfb35cfc43494ea554db1e12047backend

Bakı Laçında evləri və meşələri yandıranları tələb edəcəkmi?

image-728x90px

Arzu Nağıyev: “Dünyanın harasında olmasından asılı olmayaraq, onları tapıb mühakimə edəcəyik”

Azərbaycan Baş Prokurorluğu tərəfindən Zabuxda, Laçın şəhərində evlərin və ətraf meşələrin yandırılması ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (əmlaka, mülkiyyətə, təbiətə, fauna və floraya ziyan vurmaq, xüsusi təhlükəli əməllər və s.) cinayət işi başlanıb. Bu cinayətləri törədənlərin adları ən azı erməni tərəfinə və Rusiya sülhməramlı kontingenti rəsmilərinə məlumdur. Onlara qanunla hansı cəza düşür və rəsmi Bakı onları heç olmasa Rusiyadan tələb edəcəkmi?

Məsələnin bu tərəfi də var ki, həmin ermənilər heç Ermənistan vətəndaşı deyillər. İşğal illərindən Suriya və Livandan Azərbaycan torpaqlarında məskunlaşdırılıblar. O halda Azərbaycan torpaqlarında qəsdən yanğın törədən, meşələri odlayan erməniləri Suriya və Livandan tələb eləməliyikmi? Həmin şəxsləri İnterpol xətti üzrə beynəlxalq axtarışa verə bilərikmi?

Doğrudur, indiyədək ərazimizdə bənzər terror aktları dəfələrlə törədilib. Elə ötən ilin noyabrında Norayr Mirzəyan Şuşa yaxınlığındakı postumuza əl qumbarası ataraq əsgərlərimizi yaralamışdı. Ancaq onu nəinki bizə təhvil vermədilər, üstəlik, mükafatlandırdılar. Həmçinin Azərbaycanın beynəlxalq axtarışa verdiyi cinayətkar separatçılar – Araik Arutunyan, David Babayan, Vitali Balasanyan sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonasında hələ də sərbəst gəzir, hətta vaxtaşırı Rusiyaya səfər edirlər.

Yeri gəlmişkən, bu ilin fevralında Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov demişdi ki, Arutyunyan qısa zamanda tutularaq istintaqa təhvil veriləcək. Bu yöndə Azərbaycan dövləti, hüquq-mühafizə orqanlarımız fəaliyyətdədir, ancaq əfsus ki, hələlik nəticə yoxdur.

Daha bir intriqalı məqam isə  Zabuxda yaşayan ermənilərdən biri evlərin yandırılmasına belə haqq qazandırıb ki, azərbaycanlılar onsuz da ermənilərin tikdiyi evdə yaşamayacaq, onları sökəcəklər. Belədirmi?

Arzu Nağıyev: “Suriyadan qaytarılan qadın və uşaqların gələcəyi üçün hansı işlər görüləcək?” - VİDEO

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq məskunlaşan hər bir şəxs milliyyətində asılı olmayaraq cinayət məsuliyyətinə cəlb oluna bilər: “Bu gün Laçında, Zabuxda cinayətkar fəaliyyətlərini davam etdirən hər bir şəxs cinayət məsuliyyəti daşıyır. Azərbaycan hüquq-mühafizə orqanları həmin şəxslərin kimliklərini, hansı dövlətin vətəndaşı olmalarını qısa müddətdə müəyyən edib onların əməllərinə görə qanun qarşısında cavab vermələrini təmin etməlidir”.

Deputat deyir ki, bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Rusiya sülhməramlı kontingentinin üzvləri ilə birgə Laçın və Zabuxda xidmət aparır, yanğınların qarşısının alınmasına operativ reaksiya verməyə hazır vəziyyətdədirlər: “Qarşı tərəf bunu təzyiq kimi qiymətləndirir. Bütün bunlara baxmayaraq ayın sonuna qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işğal zamanı qanunsuz məskumlaşmış hər bir kəs oranı qeyd-şərtsiz tərk etməlidir. Nəyin bahasına olursa olsun, qanunsuz məskunlaşmış hər kəs Azərbaycan torpaqlarını tərk etməlidir”.

Deputatın sözlərinə görə, Laçında, Zabuxda işğal illərində məskunlaşmış Suriya və Livandan gətirilmiş və orada qanunsuz məskunlaşdırılmış ermənilər, hansılar ki, 1-ci Qarabağ müharibəsi illərində azərbaycanlılara güllə atıb, terror törədiblər, onlar barəsində İnterpola müraciət ünvanlanmalıdır: “Həmin şəxslərin Ermənistan deyil, Livan və Suriya vətəndaşları olması nəyisə dəyişmir. Azərbaycan torpağında hərbi cinayətlər törədiblər, qanunsuz məskunlaşıblar və bu gün də meşələrə qarşı ekoloji terrorla məşğul olurlar. Onlar barəsində məlumatlar toplanmalı və barələrində beynəlxalq axtarış elan olunmalıdır. Heç kim düşünməsin ki, Azərbaycan torpaqlarında Azərbaycan övladlarına, meşələrinə, fauna və floraya qarşı vəhşiliklərinə görə cavab verməyəcək. Dünyanın harasında olmalarından asılı olmayaraq, onları tapıb ədalət məhkəməsi qarşısına çıxaracağıq”.

E.MƏMMƏDƏLİYEV,

“Yeni Müsavat”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki