Doğru. az xəbər verir ki, ötən gecə Bakının Badamdar qəsəbəsində növbəti dəfə torpaq sürüşməsi baş verib. .Sürüşmə əvvəldə baş verən ərazidə qeydə alınıb.Sürüşmənin təsirindən obyektlərə və evlərə ciddi ziyan dəyib.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da əraziyə gəlib. O, ilkin olaraq vəziyyətlə tanış olub. Eldar Əzizov diqqətə çatdırıb ki ,hadisə ilə bağlı komissiya yaradılacaq:
“Bundan sonra hansı tədbirlərin görüləcəyinə komissiya qərar verəcək.Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinqlər aparılmağa başlanılıb. Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Bu ərazidə sürüşmə ilk deyil. Ərazi həmişə sürüşməyə meylli olub. Hazırda ərazidə işlər davam etdirilir”.
























