image-2000x150px
image-123
image-ads_atlas
image-a9backend

Bakıda bəzi binalarda suyun verilməsi dayandırıldı – FOTO/VİDEO

image-728x90px

Yeni tikilmiş çoxmənzilli yaşayış binalarında içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə uçotun qurulması, debitor borc probleminin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yasamal rayonunda keçirilən nəzarət tədbirləri zamanı uzun müddətdir debitor borclarını ödəməyən binaların su təchizatı dayandırılıb.

Yasamal rayonunda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə borcların ödənilməsində, həmçinin mənzillərin kodlaşdırılmasında nöqsanlar aşkarlanıb. Qurban Xəlilov küçəsində yerləşən “Kainat” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasında mənzillər kodlaşdırılmayıb. Buna görə də içməli və tullantı su təchizatı xidmətləri üzrə hesabat binanın girişindəki balans sayğacına görə aparılır. Hazırda 120 mənzildən ibarət bina sakinlərinin ümumilikdə 7095 manat debitor borcu mövcuddur. Sakinlər bildirir ki, onlar əvvəlki dövrlərdə içməli su təchizatı və tullantı suları üzrə xidmət haqlarını mənzil tikinti kooperativinə ödəyiblər.

Qurban Xəlilov küçəsində yerləşən “Bakı” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasının 10 183 manat borcu mövcuddur. 1999-cu ildə tikilmiş yaşayış binasının rəhbərliyi uzun illər kodlaşdırma üçün müraciət etməyib. Yalnız 2020-ci ildə binadakı 110 mənzil kodlaşdırılsa da, əvvəlki dövrün borcları ödənilməyib. Bina kodlaşdırıldıqdan sonra da abonentlərin bir qismi ödəniş etmədiyindən 3000 manatadək yeni borc yaranıb.

Məmməd Rahim küçəsində yerləşən “Rahat məkan” MTK-ya məxsus 16 mərtəbəli 166 mənzildən ibarət yaşayış binasının isə yığılmış borcu nə az – nə çox, düz 30 575 manatdır. Borcun ödənilməsi üçün binanın içməli su təchizatının dayandırılmasına qərar verilib.

Yasamal rayonu Ümid Əkbərov küçəsindəki apartman tipli beşmərtəbəli yaşayış binasında isə sudan uçotsuz istifadə halı aşkarlanıb. Obyektin vaxtilə giriş sayğacı olsa da, sonradan nasaz vəziyyətə düşüb, sahibkar isə yeni sayğacın quraşdırılması ilə bağlı tədbir görməyib.

Debitor borcu olan və sudan uçotsuz istifadə edən binaların içməli su təchizatı dayandırılıb.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki