image-n1karobka_ads
image-123
image-nocomment_bb73a815c9031734eaeaefc4e82899f7_evbzftip924hu7lmr38j-640x336backend

Bakıda dəhşətli qətl: hərbi qulluqçu tanışını güllələdi

image-ad_qayo_720x110px

Bakıda şəxsi münasibətlər zəminində törədilən qətllə bağlı məhkəmə hökmündən kassasiya şikayəti verilib.

Doğru.az xəbər verir ki, Pravda.az-ın məlumatına görə, 24 yaşlı gəncin öldürülməsində ittiham olunan hərbi qulluqçu İsmayıl Allahverdiyevin barəsində çıxarılmış hökmə dair kassasiya şikayəti hazırda hakim Zaur Hüseynovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, hadisə 2025-ci il iyunun 26-da axşam saatlarında paytaxtın Nərimanov rayonunda küçədə baş verib. İttihama əsasən, İsmayıl Allahverdiyev şəxsi münasibətlər zəminində üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürüb.

Bakı Hərbi Prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə İsmayıl İbrahim oğlu Allahverdiyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (qanunsuz olaraq odlu silah və döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə silah talama) və digər maddələri ilə ittiham elan edilib.

Məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət keçmiş İsmayıl Allahverdiyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki