image-2000x150px
image-123
image-ads_atlas
image-divabackend

Bakıda divanı 10-cu mərtəbəyə belə qaldırdılar – VİDEO

image-728x90px

Bakıda çoxmərtəbəli binada yerləşən mənzilə kran vasitəsilə divan qaldırılıb.

Doğru.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yanaşı binalardan birindən çəkilən videoda divanın 2 nəfərin müşayiəti ilə binanın 10-cu mərtəbəsinə qaldırıldığı görünür.

Sözügedən görüntülər maraqla qarşılanıb, eyni zamanda müzakirə mövzusuna çevrilib. Belə ki, izləyicilər daşınma zamanı təhlükəsizlik tədbirlərinin gözlənilmədiyini, bel bağından belə istifadə etməyən ustaların yıxılma riskinin yüksək olduğunu yazıblar. Bundan əlavə, bu cür daşınma zamanı binanın həyətində ola biləcək şəxslərin də həyatının sığortalanmadığı qeyd edilib.

Məlumat üçün bildirək ki, xarici ölkələrdə ağır ev əşyalarının hündürmərtəbəli binalara kranla daşınması təcrübəsi var, lakin orada adətən əşyalar dəmir çərçivələrlə əhatə olunmuş yük yerlərində daşınır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki