image-2000x150px
image-123
image-ads_atlas
image-ilg_3277backend

Bakıda milli mətbəxin inci nümunəsini tərənnüm edən restoran açılıb – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, “Turan” ailəvi restoran Bakı restoranları arasında əsl incidir. Canlı musiqisi, milli Azərbaycan təndiri, öz çaxır ehtiyatı olan yüksək səviyyəli restoran Bakıda geniş şöhrət qazanıb. Milli və Avropa mətbəxinin sizə təqdim olunan təmtəraqlı yeməklərinin keyfiyyəti kulinariyada əsrlərin ənənəsinə dəlalət edir. Burada hər şey ləzzətlidir, hər kəs ürəyincə olan yeməyi təqdim olunan geniş menyudan tapa bilər. Yeməklərin ən təzə ərzaqlardan hazırlanmasına əmin ola bilərsiniz.

“Turan” ailəvi restoranında sakit mühitdə romantik nahar etmək və ailəvi, kollektiv bayramlar, banketlər keçirmək olar.

Restorana gəlməklə siz yaşıl ağaclara və güllərə qərq olmuş valehedici bir bağa düşürsünüz. Restoranın orijinal bəzəyə malik interyerləri müştəriləri uzaq keçmişə aparır, sanki zamanın dayandığını hiss edirsən.Burada ustalıqla qədim məişət mühiti yaradılmışdır.Müştəriləri əhatə edən əşyalar içərisində vaxtı ilə adi və gündəlik istifadə olunan, hazırda isə ekzotik sayılan XVI-XVIII əsrlərdən qalma nümunələr vardır. “Turam”ın ümumi mənzərəsini tamamlayan süni şəlalə və bulaqlar istirahətinizi daha gözəl və unudulmaz edə bilər.

Restoranın ayrı-ayrı otaqları istirahətdən məmnunluğu artırar, xeyirxah və yüksək səviyyəli professional xidmət ən gözəl təəssüratlarla yadınızda qalar.

Bakı şəhəri, Azadlıq prospekti 181

image-ilg_3222 image-ilg_3228 image-ilg_3226 image-ilg_3229 image-ilg_3234 image-ilg_3223 image-ilg_3242 image-ilg_3243 image-ilg_3244 image-ilg_3246 image-ilg_3247 image-ilg_3251 image-ilg_3252 image-ilg_3254 image-ilg_3261 image-ilg_3272 image-ilg_3273image-ilg_3276 image-ilg_3233 image-ilg_3225 image-ilg_3220image-turan_baku_restoran-20210403-0003image-turan_baku_restoran-20210403-0004 image-turan_baku_restoran-20210403-0006

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki