image-2000x150px
image-123
image-ads_atlas
image-6565d08ab77076565d08ab770817011713386565d08ab77046565d08ab7705backend

Bakıda şagird qızılcadan vəfat etdi

image-728x90px

Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. 

Bu barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirilib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib:

“Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmamazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. Üç növbəli məktəbin bir həkimi yoxdur. Son beş gündə 200-dən çox yoluxma var”.

Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə də xəstəxanaya gətirilən azyaşlı vəfat edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki