image-ads_n1karobka_mobile
image-7-2_1550837149backend

Bakının iki rayonunda suyun verilməsində məhdudiyyət olacaq

image-add-a-heading

İyunun 2-də səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

“Azərsu” yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki