image-2000x150px
image-123
image-ads_atlas
image-ali-asadovbackend

Baş nazir QƏRAR İMZALADI 

image-728x90px

Mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatın sifarişçiyə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Mühəndis-Axtarış Mərkəzinə təqdim ediləcəyi müddət bəlli olub.

“Doğru.az”-ın məlumatına əsasən, bununla bağlı “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişiklik edilib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, həmin hesabat axtarış işlərini aparan şəxs tərəfindən işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və Mərkəzə təqdim edilməlidir.

Sənədin əvvəlki variantında Mərkəz şəhərsalma və tikintiyə dair normativ sənədlərinə uyğunluğuna dair rəy verildikdən sonra işlər başa çatmış hesab olunurdu.

Yeni qərarla isə bu bənd ləğv edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki