image-n1karobka_ads
image-123
image-68ba4a0e02e8bd2049589914backend

Bayden dəri xərçəngindən əməliyyat olundu

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş prezidenti Co Bayden dərisindən xərçəng hüceyrələrinin çıxarılması üçün əməliyyat keçirib.

Doğru.az xəbər verir ki, NBC News-un məlumatına görə, siyasətçinin prosedurdan sonra sağalma prosesi yaxşı gedir. Məqalədə qeyd olunur ki, Bayden dəri xərçənginin ən çox yayılmış formalarının müalicəsində istifadə olunan Mohs cərrahiyyəsi prosedurundan keçib. Bu üsul xərçəng hüceyrələri tam çıxarılana qədər dəri toxumasının təbəqə-təbəqə götürülməsini nəzərdə tutur.

Əməliyyatın dəqiq vaxtı açıqlanmasa da, bildirilib ki, bu, Baydenin ilk belə müdaxiləsi deyil. 2023-cü ildə o, hələ prezident olduğu dövrdə döş qəfəsindən xərçəngli dəri şişi çıxarılmışdı.

Qeyd edək ki, bu ilin may ayında Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulmuşdu. Həmin vaxt keçmiş Ağ Ev həkimi və Respublikaçı konqresmen Ronny Jackson siyasətçiyə 12-18 ay ömür qaldığını iddia etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki