image-2000x150px
image-123
image-ads_atlas
image-bayden-1backend

Bayden seçici dəstəyinə görə Tramp və Heylidən geri qalır

image-728x90px

ABŞ Prezidenti Co Bayden amerikalı seçicilərin dəstəyi baxımından həm sələfi Donald Trampdan, həm də BMT-nin keçmiş səfiri Nikki Heylidən geri qalır.

“The New York Times” və Siena Kollecinin keçirdiyi sorğuya görə, hər iki respublikaçı prezidentliyə namizəd Baydeni qabaqlayır.

Seçicilərdən “əgər prezident seçkiləri bu gün keçirilsə və namizədlər Demokratlar Partiyasından Co Bayden və Respublikaçılar Partiyasından Donald Tramp olsaydı” kimə səs verəcəkləri soruşulub.

Respondentlərin 48%-i Trampı, 43%-i Baydeni dəstəkləyəcəyini bildirib.

Bayden və Heyli arasında seçim edərkən sorğu iştirakçılarının 45%-i xanım siyasətçiyə səs verəcəklərini deyib.

Sorğu həmçinin müəyyən edib ki, amerikalıların yalnız 24%-i Birləşmiş Ştatların “düzgün istiqamətdə getdiyinə” inanır, 65%-i hazırkı administrasiyanın siyasətini bəyənmir.

Sorğunun nəticələrinin statistik səhvi 3,5 faiz bəndi təşkil edir. Araşdırma 25-28 fevral tarixlərində aparılıb. Burada bu il keçiriləcək prezident seçkisində səs vermək niyyətində olan 980 nəfər iştirak edib

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrda keçiriləcək.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki