ABŞ prezidenti Co Bayden Tayvana 567 milyon dollar hərbi yardım üçün göstəriş verib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“… Dövlət katibinə… Pentaqonun müdafiə məhsulları və xidmətləri, habelə Tayvana yardım məqsədilə hərbi təhsil və təlimlər üçün 567 milyon dollara qədər vəsaitin ayrılmasına göstəriş verməyi tapşırıram”.
Bundan əvvəl Tayvan ABŞ-dan Harpoon gəmi əleyhinə qanadlı raketlərin ilk partiyasını alıb.
Eyni zamanda, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi bildirib ki, ABŞ Tayvanı silahlandırmağı dayandırmalı və onun müstəqilliyinə qarşı çıxmalıdır.
Mənbə TASS