image-2000x150px
image-untitled-3backend

Bədəninizə fikir verin: “Alma” sizi ölümə apara bilər – FOTO

image-728x90px

Ürək-damar xəstəliyi riski bədənin hansı quruluşda olmasından asılıdır.

Bu barədə rusiyalı tibb elmləri doktoru, kardioloq, yüksək ixtisas kateqoriyalı həkim Aydar Şarafeyev xəbərdarlıq edib.

Onun sözlərinə görə, bədəndə piylərin qeyri-bərabər paylanmasının əsas iki növü var: “alma” – piylərin qarın boşluğunda cəmləşməsi və “armud” – çiyin, sinəyə nisbətdə ombanın, sarğı nahiyəsinin enli olması.

Həkimin sözlərinə görə məhz “alma” tip bədən quruluşu özündə təhlükəni gizlədir.

Şarafeyev qeyd edib ki, piyin qarın nahiyəsində yığılması ürək-damar xəstəlikləri üçün ən mühüm risk faktoru kimi tanınır. Bu hətta 35-45 yaş arası insanlar üçün ölümcül ola bilər.

Kardioloq əlavə edib ki, qadınlarda bel 94 sm, kişilərdə isə 102 sm-dən çox olmamalıdır. Bu rəqəmlər keçərsə, ürək xəstəlikləri riski 1,5 dəfə artır.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ