image-2000x150px
image-123
image-ads_atlas
image-istirahetbackend

Bəs onlar necə istirahət edir?

image-728x90px

Bəziləri üçün rahat, monoton, digərləri üçün isə gərgin və stressli növbəti iş həftəsi başa çatır və qarşıya harda və necə dincəlməli sualı çıxır.

 Bu dəfə oxucularını avropalı iş adamlarının öz istirahətlərini necə keçirdikləri ilə bağlı bəzi qaydalar və üsullarla tanış edir.

Qızıl qayda

Uğurlu iş adamı həftəlik planını əvvəlcədən müəyyən etdiyinə görə ona sadəcə şənbə və bazar günlərini sevdikləri ilə bir yerdə keçirmək qalır. Bu, düzənli və təminatlı bir ailənin həyat tərzidir.

Amma böyük ailəyə sahib olanlar, demək olar ki, həftəiçi hər axşam bir araya gələndə şənbə və bazar günləri nə edəcəklərin müzakirə edirlər. Bu, artıq bir qaydaya, vərdişə çevriləndə ailə təqvimlə hərəkət etməyə başlayır.

İdman

Alimlərin araşdırmalarına görə, qərbli iş adamları həftəsonu daha çox gəzintiyə çıxmaq, futbol oynamaq, idman salonunda idman etmək kimi məşğuliyyətlərə üstünlük verirlər. Misal üçün, TV prodüseri olan Aliza Rosen bazar günü obaşdan oyanaraq yoqa ilə məşğul olur.

Sağlam məhsullar

İstirahət günləri elə evinizdə hər şeydən yeyib-içərək vaxt keçirə biləcəyimiz günlərdən biridir. Amma əgər həftə içi onsuz da zəngin olan proqramınızda ardıcıl olaraq bir şeylər atışdırmaq zorunda qalırsınızsa, bazar günləri orqanlarınızı təmizləmək üçün əla fürsətdir. Satışdakı fast-food və ya yarıfabrikatlarla qidalanmaq yerinə faydalı, vitaminli yemək hazırlayın və menyuya bir az bitki çayı, limonlu detoks suyu kimi faydalı məhsulları əlavə edin.

Mütaliə

Məlum olub ki, ən uğurlu iş adamları yatmazdan öncə hər gecə nəsə oxuyurlar. Ona görə də bazar axşamı mütaliə etmək ayin halını almış vərdişlərin bir parçasıdır. Həftəiçi mütaliəyə, yaxud xəbərləri izləməyə vaxt tapa bilməyən avropalı istirahət günlərinin bir qismini buna ayırır.

Özünütəcrid

Sosial şəbəkəyə, elektron məktublara cavab vermək üçün itirdikləri vaxtı bir neçə saat boyunca musiqi dinləməklə kompensasiya etməyə çalışan iş adamı kənar təmaslardan özünü izolə etməyə çalışır. Karyera mütəxəssisi Maykl Kerr uğurlu insanların yatağa uzanmadan öncə, xüsusilə də bazar gecəsində elektron cihazlarla qəti maraqlanmadığını bildirir. Bu insanlar həftə sonları işlə bağlı mövzularda danışmamağa çalışırlar.

Mütəxəssis məsləhəti

Keçək faydalı məsləhətlərə. İstirahət gününü ağıllı və faydalı şəkildə yaşamaq istəyənlərin etməli olduğu ilk şey …günü yataqda keçirməməkdir.

Zehninizi və bədəninizi şarj etmək üçün zamana ehtiyacınız var. Diyetoloq Cohen qarşıdan gələn iş həftəsinin gərginliyinə hazırlaşmaq üçün yaxşı bir yuxu keçirmənizi, kalorili, vitaminli yemək yeməyinizi tövsiyə edir. Bunun üçün şənbə axşamı erkəndən yatmalısınız. Və sanki ertəsi gün işə gedəcəksiz kimi düşünməlisiz. Beləliklə, sabahı erkən oyanmanın zövqünü yaşaya bilərsiniz. Çünki günortaya qədər yatdığınızda həm günün böyük hissəsini qaçırmış, həm də yuxu sistemini pozmuş olursunuz.

Daha bir məqam… Bizlərdən fərqli olaraq, avropalılar üçün həftəsonu işdən tam qopma fürsətidir. Bir çox insanlar həmin günlərdə ümumiyyətlə, mobil telefonun varlığını unudurlar. Orada bazar axşamı publara, gecə klublarına əylənməyə gedən iş adamını çətin görərsiz. Çünki Avropa, Amerika kimi inkişaf etmiş ölkələrdə həftənin əyləncəyə ayrılan vaxtı cümə günü saat 4-dən bazar günü günorta saat 2-3-ə qədərdir. Cümə günləri qısa iş günü hesab olunduğu üçün insanlar əyləncə qrafiklərini bir gün öncədən, yəni, cümə axşamından müəyyənləşdirir. Bazar günü, günortadan sonra isə artıq əyləncə mərhələsi qapanır. Son nəticədə daha uğurlu, enerjili və bərəkətli bir iş həftəsi əldə edirlər.

Hər həftəniz uğurlu, istirahətiniz mənalı və yaddaqalan olsun!

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki