Dövlət Təhsil Universitetinin Ümumi biologiya və bioekologiya kafedrasının dosenti, bioloq Vitali Napolov RT-yə artıq mağazalarda görünən mövsümdənkənar qarpızların yeyilməsinin riskləri barədə danışıb.
“Hazırda qarpız mövsümü deyil, çox gec – iyulun sonu-avqust ayları gələcək. Mağazalarda görünən meyvələr çox güman ki, istixana komplekslərində yetişib”, – mütəxəssis qeyd edib.
O, belə qarpızların böyüməsini və yetişməsini stimullaşdırmaq üçün onlara külli miqdarda gübrə verildiyini də vurğulayıb.
“Bunlar gübrələrdir, ilk növbədə azotdur – azot qarpız və digər bostanlar üçün çox vacib olan yaşıl kütlənin əmələ gəlməsində əsas rol oynayır”, – Napolov əlavə edib.
Onun sözlərinə görə, qarpız nitrat şəklində xeyli miqdarda azot toplaya bilən meyvələrdir.
DOĞRU.AZ