8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə Qan Donorları Assosiasiyasının təşkilatçılığı ilə “Bir damla, bir həyat” şüarı altında könüllü qanvermə aksiyası keçirildi.
Aksiyanın əsas məqsədi – talassemiya xəstələrinin həyatda qalması üçün zəruri olan qan ehtiyatını artırmaq və cəmiyyətə könüllü donorluğun əhəmiyyətini aşılamaq idi.
Bu sosial məsuliyyət təşəbbüsünə Ideal Kredit komandası da fəal şəkildə qatıldı. Şirkətin əməkdaşları könüllü şəkildə qan verərək, talassemiya ilə mübarizə aparan insanların həyatına ümid olmağa öz töhfələrini verdilər.
Ideal Kredit nümayəndəsi qeyd edib:
“Bir damla qan verməklə, bir insanın həyatını dəyişmək mümkündür. Biz bu təşəbbüsü dəstəkləməkdən və cəmiyyətə faydalı olmaqdan qürur duyuruq.”
Qan Donorları Assosiasiyası və Respublika Qan Bankı tərəfindən birgə həyata keçirilən bu aksiyada toplanan qanlar tamamilə təmannasız şəkildə ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Ideal Kredit olaraq, biz sosial məsuliyyət layihələrinə davamlı şəkildə dəstək göstərməyə və bu kimi humanitar təşəbbüslərin bir parçası olmağa sadiqik.
DOĞRU.AZ