image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-11-10t235430-856backend

Birinci vitse-prezident Mehriban Əliyeva Səmərqənddə “Lazgi” adlı baletə baxıb – FOTO

image-728x90px

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənd şəhərində Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrında “Lazgi” adlı baletə baxıblar.

AZƏRTAC xəbər verir ki, 2019-cu ildən UNESCO-nun Hökumətlərarası Komitəsi “Lazgi – Xarəzm rəqsi”ni bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edib. Xarəzm torpağında yaranmış “Lazgi” rəqsi təbiətdəki səs və təzahürləri, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssümüdür.

Hazırda “Lazgi” Özbəkistanın bütün regionlarında populyardır. Tamaşanın xoreoqrafı Berlin Milli Operası yanındakı balet məktəbinin məzunu Raul Raymondo Rebekdir. Rebekin Koreya Respublikasının “Universal Ballet” truppası üçün qurduğu “Bəyaz röya” birpərdəli tamaşası ötən il Astanada Avrasiya müasir rəqs festivalında maraqla qarşılandıqdan sonra “Lazgi” balet tamaşasının quruluşu da məhz ona həvalə edilib.

Bu rəqsə həsr olunan balet tamaşası Özbəkistan rəqs ənənələrini beynəlxalq mədəni mühitdə yaymağa kömək edir. Bu məqsədlə də ölkənin qeyri-maddi irsini tanıtmaq və özbək baletini məşhurlaşdırmaq üçün əsərin xarici ölkələrdə nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda “Lazgi”nin nümayiş olunduğu Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrı Özbəkistanın ən böyük teatrlarından biridir. Görkəmli özbək şairi, yazıçısı və dramaturqu Həmid Alimcanın adını daşıyan teatr 1914-cü ildə rus, özbək və tacik aktyorları və rəssamları tərəfindən yaradılıb.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki