image-2000x150px
image-123
image-ads_atlas
image-9995backend

“Biz Sizinləyik!” adlı layihə yekunlaşıb – FOTO

image-728x90px

Diaspor Könüllüləri İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Biz Sizinləyik!” adlı layihə yekunlaşıb.

Layihənin əsas məqsədi Vətən müharibəsində fədakarlıq göstərmiş müharibə iştirakçılarının psixoloji vəziyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə davamlı inteqrasiyasını təşviq etməkdir.
Loqos Psixoloji və Nitq İnkişafı Mərkəzinin tərəfdaş olduğu layihə çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşayan, 2020-ci il Vətən müharibəsində iştirak edən və müharibə nəticəsində travmalar alan qazilərlə görüş təşkil edilib.

Görüş zamanı qazilərlə qrup və fərdi seanslar təşkil olunub, onlarla sorğular edilib, problemləri dinlənilib və müvafiq tövsiyələr edilib.

Bununlada, “Biz Sizinləyik!” adlı layihə yekunlaşıb. Qeyd edək ki, layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz və Bərdə şəhərlərində ümumilikdə 200 qaziyə psixoloji dəstək göstərilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki