Moskvanın Çertanovski Məhkəməsi bloger Hüseyn Həsənovu çirkli pulların yuyulması işi üzrə qiyabi həbs edib.
Doğru.az TASS agentliyinə istinadən xəbər verir ki, Həsənova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd olunur ki, daha əvvəl Rusiya polisi Həsənovun cinayət əməlinə görə federal axtarışa verildiyini təsdiqləyib. Onun şəxsi məlumatları artıq Daxili İşlər Nazirliyinin axtarış bazasında yer alır.
Hazırda iş üzrə araşdırmalar davam etdirilir.
DOGRU.AZ