SHOT Telegram kanalı xəbər verir ki, çirkli pulların yuyulmasında və vergidən yayınmada ittiham olunan bloger Hüseyn Həsənov Moskva şəhərindəki mənzilini satmağa cəhd edib.
“Hüseyn Həsənov cinayət işi açılmazdan əvvəl Moskva şəhərindəki mənzilini satmağa cəhd edib. Bloqqer Rusiyadan 100 milyon rubl çıxarmaq istəyib”, – nəşr yazır.
Bloqqer bazar dəyəri təxminən 50 milyon rubl olan Rolls-Royce Cullinan-ı sata bilib.
Moskva şəhərindəki mənzili satmaq cəhdlərinə baxmayaraq, alıcı tapa bilməyib.
Bundan əvvəl İstintaq Komitəsi çirkli pulların yuyulmasında təqsirləndirilən Həsənovun başqa ölkəyə qaçması barədə məlumat yayıb.
DOĞRU.AZ