Birləşmiş Millətlər Təşkilatı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığını alqışlayır.
Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Telefon danışıqları… Tramp və… Zelenski, Tramp və Putin arasında xoş qarşılanır”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Rusiya lideri Amerika prezidenti ilə dialoqu mənalı, səmimi və çox faydalı adlandırmışdı.
DOĞRU.AZ