image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220806-wa0027backend

“Boccia” idman növü üzrə “2022 Veldhoven Dünya Çempionatı”- FOTOLAR

image-728x90px

Doğru.Az xəbər verir ki, 31 iyul – 7 avqust tarixlərində Hollandiyanın Veldhoven şəhərində “Boccia” idman növü üzrə keçirilən Dünya Çempionatında Azərbaycan Respublikasının Boccia İdman Federasiyasının atetləri, məşqçi və assistantlarından ibarət 12 nəfərlik heyəti iştirak edir. Çempionat individual, cütlük və komanda olmaqla 4 kateqoriyada keçiriləcək.

Baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında  ölkəmizi təmsil edən  milli komandanın idmançılarından BC2 kateqoriyası üzrə 2 oğlan, 1 qız və BC4 kateqoriyası üzrə 3 oğlan, 1 qız yarışda iştirak edəcəkdir.

Yarışın adı: 2022 Veldhoven World Boccia Challenger
Keçirildiyi yer: Hollandiyanın Veldhoven şəhəri

Tarix: 31 iyul – 8 avqust 2022-ci il

İştirak edir: 26 ölkə

Azərbaycandan yarışa qatılanlar:
7 atlet:

Xəyal İslamov – BC4

Bəhruz Mirzəyev – BC4

Sona Ağayeva – BC2

Nərmin Ağayeva – BC4

Zaur Veysəlov – BC4

Orxan Kərimov – BC2

Fuad Qəribov – BC2

5 müşahidəçi:

İlham Məhərrəmov – baş məşqçi

Elşən Məhərrəmov – məşqçi

Nicat Ağayev – assistant

Rafiq Nəcəfov – assistant

Ruhin Cəfərov – komanda rəhbəri

Qazanılan medallar:

Xəyal İslamov – Qızıl Medal! (BC-4 kateqoriyalı bəylər üzrə)

Bəhruz Mirzəyev – Bürünc Medal! (BC-4 kateqoriyalı bəylər üzrə)

Sona Ağayeva – Bürünc Medal! (BC-2 kateqoriyalı xanımlar üzrə)

Nərmin Ağayeva – Bürünc Medal! (BC-4 kateqoriyalı xanımlar üzrə)

image-img-20220806-wa0028 image-img-20220806-wa0030 image-img-20220806-wa0029 image-img-20220806-wa0026

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki