Ukrayna prezidenti Vladimir Zelenski Bolqarıstanın Ukraynaya yardım olaraq silah verməkdən imtina etdiyini bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Zelenski Bolqarıstan Prezidenti Rumen Radevlə danışdığını və Ukraynanın müdafiəsinə yardımla bağlı fikirlərini ifadə etdiyini vurğulayıb.
Onun sözlərinə görə, onun və Bolqarıstan rəhbərinin məsələyə baxışı fərqlidir, onun üçün “yox” Ukraynaya yardımın göstərilməsi ilə yaranacaq eskalasiyadır. Zelenski üçün isə “yox” “müdafiədir” və bu, tamamilə fərqli bir fəlsəfədir.
O qeyd edib ki, Radaev Bolqarıstan ordusunda silahların azaldılmasına icazə verə bilməz və bu, onun Kiyevə silah ötürməməsinin səbəblərindən biridir.
Mənbə: RİA Novosti

























