Aİ diplomatiya rəhbəri Josep Borrell bildirib ki, İsrailin BMT-nin Fələstin qaçqınlarına kömək etmək agentliyinə (UNRWA) mümkün qadağası fəlakətli olacaq və İordan çayının qərb sahilində səhiyyə və sosial xidmətlərin göstərilməsini xeyli çətinləşdirəcək.
“UNRWA Qəzza zolağında, Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində və Livan, Suriya və İordaniya da daxil olmaqla bütün regionda milyonlarla insana xidmət göstərir”, – Borrell yazılı açıqlamada bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya İsrail parlamentinin UNRWA-nı qadağan edən qanun layihəsinin qəbul ediləcəyi təqdirdə BMT Nizamnaməsini pozacağına diqqət çəkib.
Mənbə RİA Novosti