image-n1karobka_ads
image-123
image-69629fc5ae5ac90f74087292backend

Böyük Britaniya və Fransa münaqişəni qızışdırır – Xəbərdarlıq

image-ad_qayo_720x110px

Macarıstanın xarici işlər naziri Peter Siyarto hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının qurultayında Böyük Britaniya və Fransanın Ukrayna münaqişəsinin davam etməsinə hazırlaşdığını bildirib.

Doğru.az TASS agentliyinə istinadən xəbər verir ki, nazir xatırladıb ki, Parisdə hər iki ölkə Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bəyan etmişdi.

Siyarto qeyd edib:

“Bu, əslində Avropanın nüvə güclərinin müharibəyə başlaması deməkdir. Onların məqsədi – gəlin açıq şəkildə deyək – bütün Avropanı müharibə alovuna qərq etməkdir”.

Nazir daha əvvəl demişdi ki, “könüllülər koalisiyası” Rusiya ilə münaqişəyə doğru yeni bir addım atıb. “The Times” qəzeti isə yazıb ki, Rusiya ilə sülh müqaviləsi imzalanacağı təqdirdə London və Paris Ukraynaya 15 minə qədər əsgər göndərməyi planlaşdırır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki