Astroloqların son proqnozlarına görə, yaxın dövrdə bəzi bürclər üçün həyatın ən uğurlu mərhələlərindən biri başlayır.
Ajans.az xəbər verir ki, planetlərin düzülüşü, xüsusilə də Merkuri retrogradı sonrası enerjilərin sabitləşməsi bu bürclərə həm maddi, həm də mənəvi baxımdan güclü dəstək verir. Ulduzların bu müsbət təsiri altında üç bürcün xəyalları reallığa çevrilmək üzrədir.
Şir bürcü üçün bu dövr tam anlamı ilə səhnəyə çıxmaq zamanıdır. Uzun müddətdir planlaşdırılan layihələr artıq öz bəhrəsini verməyə başlayacaq. İş həyatında yüksəliş, yeni təkliflər və rəhbərlikdən gələn dəstək Şirlərin motivasiyasını daha da artıracaq. Maliyyə baxımından da vəziyyət yaxşılaşır – gözlənilməz qazanc və ya əlavə gəlir imkanları mümkündür. Şəxsi həyatda isə münasibətlər daha da möhkəmlənə bilər. Bu bürcdə olanlar üçün əsas məsləhət: fürsətləri vaxtında dəyərləndirməkdir.
Oğlaq bürcü üçün bu uğur təsadüfi deyil – bu, illərin zəhmətinin nəticəsidir. Səbirli və planlı şəkildə çalışan Oğlaqlar indi mükafatlandırılır. Xüsusilə karyera sahəsində böyük sıçrayışlar mümkündür. Yeni iş təklifləri, vəzifə artımı və ya biznesdə genişlənmə ehtimalı yüksəkdir. Maddi sabitlik güclənəcək və uzunmüddətli planlar üçün əlverişli şərait yaranacaq.
Eyni zamanda, şəxsi inkişaf baxımından da yeni qapılar açılır – təhsil, xaricə səfərlər və ya yeni bacarıqlar əldə etmək gündəmdə ola bilər.
Balıqlar üçün ən sevindirici xəbər budur ki, uzun zamandır qurduqları xəyallar artıq reallaşmağa başlayır. Yaradıcılıq enerjisi pik həddə çatır və bu da onları fərqləndirir. Sənət, media və kreativ sahələrdə çalışan Balıqlar üçün xüsusilə uğurlu dövrdür. Onların ideyaları diqqət çəkəcək və dəstək görəcək.
Sevgi həyatında da müsbət dəyişikliklər gözlənilir – yeni tanışlıqlar və ya mövcud münasibətlərdə dərinləşmə mümkündür.
DOĞRU.AZ

























