Ukrayna korrupsiyanı məğlub etmədən Şimali Atlantika Alyansının bir hissəsi olmayacaq.
Reuters xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans bildirib.
Nazir, həmçinin Ukraynanın alyansa qoşulması üçün cavab verməli olacağı aydın meyarları ortaya qoymağa çağırıb.
“Aydınlıq yoxdursa, mən 32 müttəfiqin (Ukrayna) dəvətlə razılaşdığını görmürəm”, – deyə Brekelmans bildirib.
Bundan əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov jurnalistlərlə söhbətində Kiyev rejiminin itirdiyi ərazilərin NATO üzvlüyünə dəyişdirilməsi ideyasını rədd edib.
Mənbə RİA Novosti