image-n1karobka_ads
image-123
image-67bd580902e8bd24e10ac49abackend

Britaniya nüvə münaqişəsinə hazırlaşır

image-ad_qayo_720x110px

Böyük Britaniya qlobal münaqişə zamanı Rusiyanın qəfildən onu nüvə silahı ilə vurmaq qərarına gəlsə, Londona dəyəcək zərərin xəritəsini dərc edib.

Bu barədə Daily Express qəzeti yazır.

Nəşr Rusiyanın 800 kiloton hasilatlı Topol SS-25 nüvə bombasından istifadə edəcəyi təqdirdə Londonda dörd mümkün məhvetmə zonasını müəyyən edib.

Belə ki, xəritəyə əsasən, şəhərin mərkəzi hissəsi yer üzündən silinəcək.

İkinci zonada binaların uçacağı, üçüncü zonada isə yerli sakinlərin ciddi yanıqlar alacağı gözlənilir.

Dördüncüsünə gəlincə, bu zona Londonun kənarında yerləşəcək – orada kiçik partlayışlar baş verəcək.

Nəşrin fikrincə, Kiyevin iştirakı olmadan Ukrayna münaqişəsinin nizamlanması üzrə Moskva və Vaşinqton arasında danışıqlar mümkün nüvə münaqişəsinə gətirib çıxara bilər.

Bundan əlavə, Aİ-nin hərbi xərclərini artırması, eləcə də Böyük Britaniyanın baş naziri Key Starmerin Ukraynaya qoşun yeritmək planları ilə bağlı açıqlamaları gərginliyin artmasında böyük rol oynaya bilər.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp nüvə silahından istifadənin və nüvə gücləri klubunun genişləndirilməsinin qəbuledilməz olduğu fikrini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki