image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-11-23t135158-071backend

Britaniya xarici işlər naziri İsrailə səfər etdi

image-728x90px

Böyük Britaniya xarici işlər naziri Devid Kemeron İsrailə səfər edib.  

Səfər İsrail və HƏMAS arasında elan edilən müvəqqəti atəşkəs fonunda baş tutub və Devid Kemeronun Yaxın Şərqə daha geniş səfərinin bir hissəsidir.

Britaniya XİN rəhbəri İsraildə HƏMAS-ın kütləvi qırğınlar törətdiyi əraziyə baş çəkib. O, yüzlərlə insanın HƏMAS yaraqlıları tərəfindən öldürüldüyü və qaçırıldığı Qəzza sərhədi yaxınlığındakı Beeri kibutsunu (İsraildə sosial prinsiplər əsasında qurulmuş kənd təsərrüfatı icması) ziyarət edib.

Devid Kemeron yardım göstərilməsi və girovların azad edilməsi üçün atəşkəsin vacibliyini vurğulayıb.

Səfər zamanı nazirin İsrail və Fələstin rəsmiləri ilə də görüşü gözlənilir.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki