image-n1karobka_ads
image-123
image-6860fd1e02e8bd0dd8359bd6backend

Bryanskda PUA-nın hücumu nəticəsində iki nəfər yaralanıb

Bryanskda Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində iki mülki şəxs yaralanıb.

Bu barədə regionun qubernatoru Aleksandr Boqomaz məlumat verib.

“Zərərçəkənlərdən birinə yerindəcə tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirmə tələb olunmayıb. İkinci qurban xəstəxanaya aparılıb və ona bütün lazımi tibbi yardım göstərilib”, o , Telegram kanalında yazıb.

İlkin məlumata görə, iki yaşayış binasının fasadları və pəncərələri qismən zədələnib. Bundan başqa, hücum nəticəsində bir neçə avtomobilə də ziyan dəyib.

Qubernatorun sözlərinə görə, zərərçəkənlərə bütün lazımi dəstək və maddi yardım göstəriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki