image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-47backend

Bu gün Yenicag.az saytının 15 yaşı tamam olur

image-728x90px

Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 15 yaşı tamam olur.

2007-ci il sentyabrın 5-də internet məkanına giriş edən “Yeni Çağ” 2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirərək türk (Yenicag.info) və rus (Yenicag.ru) dillərində, həmçinin 2018-ci ildən Yenicag.tv video portalı vasitəsilə oxucuları informasiya ilə təmin etməyə başlayıb, mediaqrup halını alıb.

Yeni Çağ” Media Qrupu bir sıra siyasi, sosial, iqtisadi, mədəni layihələr həyata keçirib və keçirməkdədir.

Yeni Çağ”ın təşkilatçılığı ilə baş tutan tədbirlərdə Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, İraq və digər ölkələrdən tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər iştirak ediblər və hər bir tədbir Azərbaycanla bərabər, həmin ölkələrin mətbuatında da ciddi rezonans doğurub.

Milli maraqların toxunulmaz prioritet elan edildiyi “Yeni Çağ” Media Qrupu daim yeni yanaşmalar irəli sürür, mövcud standartlarını yüksəldərək oxucuların rahatlığını düşünüb xəbərə əlçatanlığı təmin edir.

Dogru.Az kollektivi adından “Yeni Çağ”da çalışan həmkarlarımızı təbrik edirik!

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki