image-n1karobka_ads
image-123
image-17525586785480952141_1200x630backend

Bu ilin ilk 6 ayında 44 milyondan çox tibbi xidmət göstərilib

image-ad_qayo_720x110px

2025-ci ilin yanvar-iyun ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 44 milyonu ötüb.

Doğru.az xəbər verir ki, bu dövrdə ümumilikdə 12 393 131 müraciət qeydə alınıb. Onlardan 260 661-i stasionar, 12 132 470-i isə ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 4 faiz artıb.

Altı ay ərzində 5 811 277 stasionar, 38 362 796 ambulator olmaqla, ümumilikdə 44 174 073 tibbi xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artım deməkdir.

Laborator müayinələrin sayı da artıb. Bu ilin ilk yarısında 18 722 731 laborator xidmət icra olunub – bunlardan 2 843 708-i stasionar, 15 879 023-ü isə ambulator müayinədir. Laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 18 faiz artım qeydə alınıb.

Yanvar-iyun aylarında, həmçinin 181 352 cərrahi əməliyyat və prosedur icra olunub. Onların 169 138-i stasionar, 12 214-ü ambulator qaydada həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki