Doğru.az xəbər verir ki, Özbəkistan Parlamentinin Qanunverici (aşağı) palatasının birinci vitse-spikeri Akmal Səidov növbəti prezident seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb.
Akmal Səidov aşağı palata tərəfindən hazırlanan qanun layihəsinə görə, seçkilərin bu il dekabrın üçüncü ongünlüyünün ilk bazar günü deyil, 24 oktyabr tarixində keçiriləcəyini diqqətə çatdırıb.
Özbəkistan Parlamentinin Qanunverici (aşağı) palatasının birinci vitse-spikeri Akmal Səidov açıqlamasında bildirib ki, “Artıq 5 fevralda Qanunvericilik palatası tərəfindən hazırlanan qanun layihəsinin Parlamentin Senatı tərəfindən təsdiqlənməsi gözlənilir”.

























