Regional hökumətin məlumatına görə, güclü siklon səbəbindən Kamçatka diyarında uçuşlar təxirə salınıb.
Doğru.az xəbər verir ki, hava nəqliyyatının bərpası və ya dayandırılması barədə qərar bir gün ərzində veriləcək.
Regional Nəqliyyat Nazirliyindən bildirilib ki, “hava səyahətlərinin bərpası ilə bağlı qərar hava şəraitinə əsasən veriləcək”.
Qeyd edək ki, Aeroflot daha əvvəl Krasnodarda qar yağması səbəbindən 12 yanvar üçün bir neçə uçuşu ləğv etmişdi.
Eyni zamanda, “Meteonovosti” xəbər agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakova həftəsonu Moskvada şaxtaların artacağı barədə xəbərdarlıq edib.
DOĞRU.AZ




























