image-2000x150px
image-123
image-ads_atlas
image-1707654634_1684830653_1661328191_xin2backend

“Bu, sırf cavab tədbiri idi” – Azərbaycan XİN

image-728x90px

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır”.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in son hərbi təxribatlarla bağlı Ermənistan XİN-in bəyanatına dair şərhində bildirilib.

“Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi.

Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, – açıqlamada vurğulanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki