image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2024-01-07t101535-840backend

Bu təyyarə ABŞ və Avropada istismardan çıxarılıb

image-728x90px

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi “Boeing 737 MAX 9” sərnişin təyyarəsi ilə bağlı son insidentdən sonra bu tipli təyyarələrin istismarının dayandırılması barədə göstəriş verib.

Buna səbəb ABŞ-nin “Alaska Airlines” aviaşirkətinə məxsus təyyarədəki insident olub.

Türk Hava Yollarına aid beş “Boeing 737 MAX 9” təyyarəsi də yoxlamaya cəlb olunub. Texniki araşdırmalar tamamlanana qədər Türk Hava Yolları bu beş təyyarəni endikləri ilk hava limanındaca xidmətdən çıxarmağa qərar verib.

ABŞ tənzimləyiciləri  təhlükəsizlik yoxlamaları üçün 171 “Boeing 737 MAX 9” təyyarəsinin uçuşlarını dayandırıb.

Qeyd edək ki, Alyaska Hava Yollarına məxsus yeni sərnişin təyyarəsi uçuşun 20-ci dəqiqəsində füzelyajın bir hissəsini itirdikdən sonra ABŞ-nin Oreqon ştatının Portlend şəhərində məcburi eniş etməli olub.

Mənbə: golos-naroda.kz

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki