image-n1karobka_ads
image-123
image-1663591168_1648306361_koronavirusbackend

Bugünə koronavirusa yoluxanların sayı açıqlanıb

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada bir yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Doğru.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 831 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 598 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 11 nəfərdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki