image-n1karobka_ads
image-123
image-eap4ucg9dzylijovrbfibmkp4rjep7tdmts9fy9k_1200backend

Cəlilabad xəstəxanasının əməkdaşlarının maaşları ilə bağlı TƏBİB-dən açıqlama

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) əməkdaşları ötən ayın əməkhaqlarının verilməməsindən şikayətləniblər. Onların sözlərinə görə, bu gecikmə xəstəxananın sabiq direktorunun vəzifədən azad olunmasından sonra aparılan maliyyə yoxlamaları ilə əlaqələndirilir.

Doğru.az Oxu.az-a istinadən xəbər verir ki, məsələyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) münasibət bildirib. Qurumun verdiyi məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində əməkhaqqı ödənişləri mövcud qanunvericiliyə və əmək müqavilələrinin şərtlərinə uyğun olaraq, növbəti ayın 10-dək həyata keçirilir.

TƏBİB həmçinin qeyd edib ki, hazırda yeni sistemə keçidlə bağlı zəruri sənədləşmə prosesi tamamlanıb və əməkhaqlarının ödənişi təmin olunub.

Qeyd edək ki, analoji hallar Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında da müşahidə olunub. Bu bölgələrdəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzlərinin əməkdaşları da maaş gecikməsindən narazıdırlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki