image-ads_n1karobka_mobile
image-14-pic_32ratio_900x600-900x600-93634backend

Cənubi Afrika prezidenti Sankt-Peterburqda keçirilən sammitdə Ukrayna ilə bağlı sülh planını müzakirə etməyi planlaşdırır

Financial Times qəzeti yazır ki, Cənubi Afrika prezidenti Siril Ramafosa Sankt-Peterburqda keçiriləcək sammitdə Ukrayna ilə bağlı sülh planını müzakirə etməyi planlaşdırır.

Ramafosa iyunda Kiyev və Moskvaya səfərləri zamanı təqdim etdiyi sülh planı üzrə danışıqlar aparmağı planlaşdırır.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirmişdi ki, Rusiya dövlətinin başçısı gələn həftə Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika sammitində Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa və digər ölkələrin nümayəndələri ilə ünsiyyətdə olacaq.

Dmitri Peskov həmçinin bildirib ki, Vladimir Putin avqustun sonunda Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək BRİKS sammitində (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) tam uzaqdan iştirak edəcək.

Mənbə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki